Üçüncü İpr döyüşü
From Wikipedia, the free encyclopedia
Paşendeyl döyüşü (Üçüncü İpr döyüşü) (alm. Dritte Flandernschlacht; fr. Troisième Bataille des Flandres; nid. Derde Slag om Ieper) (31 iyul — 10 noyabr 1917) — Antanta (ingilis komandanlığı altında) və Alman qüvvələri arasında baş vermiş Birinci dünya müharibəsinin ən böyük döyüşlərindən biri. Döyüş 1917-ci ilin iyulundan 1917-ci ilin noyabrına qədər davam edən bir sıra müxtəlif döyüş əməliyyatlarından ibarət idi. Döyüş Belçika ərazisində, Qərbi Flandriyanın İpr şəhəri yaxınlığındakı Paşandeyl kəndi yaxınlığında aparılmışdı.
Paşendeyl döyüşü Üçüncü İpr döyüşü | |||
---|---|---|---|
Birinci dünya müharibəsi | |||
Tarix |
31 iyul — 10 noyabr 1917 (3 ay, 1 həftə, 3 gün) |
||
Yeri |
50°54′01″ şm. e. 3°01′16″ ş. u. Qərbi Flandriya, Belçika |
||
Səbəbi | Paşandeyldəki əməliyyatın əsas vəzifəsi, Flandriya sahillərindəki Alman sualtı qayıqlarının bazalarını məhv etmək və bununla da almanların sərhədsiz sualtı müharibə planına ciddi zərbə vurmaq idi. | ||
Nəticəsi | Antanta qoşunlarının böyük səylərinə baxmayaraq düşmən cəbhəsini yara bilmədilər. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Paşanadeyl əməliyyatının bir sıra strateji hədəfləri var idi. Əsas vəzifə Alman dənizaltılarının Şimal dənizi sahillərindəki bazalarını məhv etmək və bununla da almanların sərhədsiz sualtı müharibə planına ciddi zərbə vurmaq idi.
Hücum zamanı ingilis qüvvələri Paşendeyl bölgəsindəki Alman cəbhəsini yarıb keçmək üçün çoxsaylı cəhdlər etdilər. Bununla yanaşı, təyin olunmuş yerlərdə belə Alman cəbhəsini yarıb keçməyə müvəffəq ola bilmədilər. Döyüş 1917-ci ilin iyulundan başlayaraq, Kanada qoşunlarının Paşandeyl kəndini tutmağı bacardığı 6 noyabr 1917-ci ilə qədər davam etdi.
Üçüncü İpr döyüşü əsgərlərin ağır şərtlər altında çəkdikləri əziyyətin simvoluna çevrildi. Döyüşlər bataqlıqlı ərazilərdə gedirdi və 1917-ci ilin yazı soyuq və yağışlı keçirdi. Hər iki tərəfin qoşunlar həqiqətən də Paşandeylin palçığına batmışdı. Bu döyüş yüz minlərlə insanın həyatına son qoyub. Antanta qüvvələri ağır itkilərə məruz qaldılar, yalnız bir neçə kilometr irəliləməyi bacardılar. Bununla birlikdə, bir çox tarixçi Üçüncü İpr döyüşündə Antanta qüvvələrinin hücum taktikasını yaxşılaşdırdığını və nəticədə 1918-ci ildə müharibənin sona çatmasına səbəb olduğu üçün vacib rolunu vurğulayır.
İtkilərlə bağlı rəqəmlər hələ də mübahisəlidir. Yalnız hər iki tərəfdən yüz minlərlə insanın öldüyü və yaralandığı bilinir.