İosif Ploşkonun əsərlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Aşağıdakı siyahıda memar və mülki mühəndis İosif Ploşkonun əsərləri göstərilmişdir. Ploşko 1866-cı ildə Varşavada polyak ailəsində doğulmuşdur. O, əvvəlcə Peterburq İmperator İncəsənət Akademiyasına daxil olmuş, sonradan isə I Nikolay adına Mülki Mühəndislər İnstitutunda təhsilini davam etdirmişdir.[1] İnstitutu qurtardıqdan sonra o, Kiyev şəhərinə göndərilmiş, oradan isə iş imkanlarının daha çox olduğu, həmçinin kifayət qədər tanış həmvətən memarların da fəaliyyət göstərdiyi Bakıya gəlmişdir.[2] Dini və ictimai binalar istisna olmaqla, Bakıda Ploşkonun layihələndirib inşa etdiyi on yeddi yaşayış binasının olması məlumdur.[2]
Memarın müəllifi olduğu binalardan ikisi dövrümüzə çatmamışdır. Onlardan biri memarın özünün də vəfat etdiyi 1931-ci ildə sökülmüş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, digər abidə isə Atlantlı ev kimi tanınan binadır. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.