İslam Qahirəsi
From Wikipedia, the free encyclopedia
İslam Qahirəsi (ərəb. قاهرة المعز,mənası: Əl-Muiz Li-Dinillah Qahirəsi), Tarixi Qahirə və ya Orta əsr Qahirəsi — Misirin paytaxtı qahirənin 19 və 20-ci əsrlərdə müasir genişlənməsindən əvvəl mövcud olan tarixi əraziləri, xüsusilə köhnə divarlı şəhərin və Qahirə qalasının ətrafındakı mərkəz hissələrinə verilən ad. "İslam" Qahirəsi adı bölgədəki müsəlmanların daha çox tanıdılmasına görə deyil, İslamın erkən dövründə qurulduğu gündən bəri şəhərin zəngin tarixinə və irsinə görə verilmişdir. Və bu ad eyni zamanda onu Qədim Misirə aid Giza və Memfis əraziləri ilə fərqləndirir.[1][2] Bu bölgə İslam memarlığının İslam dünyasındakı ən böyük və ən sıx yayılmış yerlərindən biridir.[1]:7 İslam Qahirəsi Misirdəki bütün İslam dövrünə aid yüzlərlə məscid, türbə, mədrəsə, malikanələr, karvansaralar və istehkamlarla səciyyələnir. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Tarixi Qahirəni " məşhur məscidləri, mədrəsələri, hamamları və fəvvarələri ilə birlikdə dünyanın ən qədim İslam şəhərlərindən biri " və "14-cü əsrdə qızıl dövrünə çatan İslam dünyasının yeni mərkəzi" olaraq Ümumdünya irsi siyahısına daxil etmişdir.[3]
1. Fustat 2. İbn Tulun məscidi, Qahirə qalası, Qahirənin fatimi mərkəzi, Nekropolis 3. İmam Şafii mavzoleyi 4. Sayida Nafisa nekropolları
İslam qahirəsi | |
Historic Cairo [* 1] | |
Ölkə | Misir |
---|---|
Tip | Mədəni |
Kriteriya | (i), (v), (vi) |
Keçid | 89 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 1979 (3-cü sessiya) |