İstifadəçi:Ayxan İsmayılov/Qaralama
From Wikipedia, the free encyclopedia
İstanbul (türk. İstanbul; Türkcə tələffüz: [isˈtanbuɫ] ( dinlə)) — keçmişdə Bizantion və Konstantinopol olaraq bilinən, Türkiyənin iqtisadi, mədəni və tarixi mərkəzi. İstanbul, Mərmərə və Qara dənizin ayrıcında Avropa ilə Asiyanı bir-birindən ayıran Bosfor boğazının sahilində yerləşən transkontinental şəhərdir. Ticarət və tarixi mərkəzlərinin böyük hissəsinin şəhərin Avropa hissəsində yayılmasına baxmayaraq, əhalisinin təxminən üçdə biri boğazın Asiya hissəsindəki şəhərətrafı bölgələrdə yaşayır.[2] 15 milyon nəfər sakinə ev sahibliyi edən İstanbul,[1] əhalisinə görə dünyanın ən böyük on beşinci, Avropanın isə ən böyük birinci şəhəridir. Şəhər, İstanbul Böyükşəhər Bələdiyyəsinin inzibati mərkəzi daxilindədir.[3]
İstanbul | |
---|---|
türk. İstanbul | |
Ölkə | Türkiyə |
Region | Mərmərə regionu |
Rayon | İstanbul ili |
Daxili bölgüsü | 39 ilçə |
Bələdiyyə başçısı | Əkrəm İmamoğlu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 2.576,85 km² |
Mərkəzin hündürlüyü | 39 m |
İqlimi | Cfb, Csa, Csb |
Saat qurşağı | UTC+03:00 |
Əhalisi | |
Əhalisi | 15,519,267 nəfər (2019[1]) |
Sıxlığı | 2904 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları |
+90 212 (Avropa hissəsi) +90 216 (Asiya hissəsi) |
Poçt indeksi | 34000 — 34990 |
Nəqliyyat kodu | 34 |
İnternet domeni | .istanbul, .ist, .tr |
Digər | |
İstanbul Böyükşəhər Bələdiyyəsi (türk.) |
E.ə. 660-cı illərdə frakiyalıların yaşayış məskəni olan Bizantion əlverişli coğrafi mövqeyi və nüfuzuna görə daha da böyümüş və tarixin ən vacib şəhərlərindən birinə çevrilmişdir.[4] 330-cu ildə Konstantinopol kimi yenidən qurulduqdan sonra, 60 əsr boyunca Bizans (330–1204; 1261–1453), Latın (1204–1261) və Osmanlı (1261–1453) imperiyalarının paytaxtı olmuşdur.[5][6] Osmanlılar şəhəri fəth etmədən və İslam dinini yaymamışdan əvvəl, Roma və Bizans dövründə İstanbul xristian dininin yayılmasında mühüm rol oynamışdır.[7] 1923-cü ilə qədər Konstantinopol adı ilə Osmanlı paytaxtı olmuşdur. Daha sonra, paytaxt Ankaraya köçürülmüş və şəhərin adı İstanbul olaraq dəyişdirilmişdir. Beləliklə də, şəhər 600 illik paytaxt statusunu itirmişdir.[5]
Şəhər, Qara və Aralıq dənizi sahillərində mühüm strateji mövqeyə malik olmuşdur.[8] Bununla yanaşı, tarixi ipək yolu da məhz bu şəhərdən keçirdi. Balkan yarımadasından Şərqi Asiyaya uzanan bütün dəmiryollarına nəzarət edən İstanbul, Qara dənizlə Aralıq dənizi arasında yeganə dəniz yoluna malikdir.[9] 1923-cü il İstiqlaliyyət müharibəsindən sonra yeni paytaxtın Ankaraya köçürülməsinə baxmayaraq, şəhər geosiyasi və mədəni məsələlərdə əhəmiyyətini qorumağı bacardı. 1950-ci illərdən bəri şəhərin əhalisi on qat artmış və şəhər sərhədləri xeyli genişlənmişdir.[10][11] XX əsrin sonlarından etibarən şəhərin bu gün də ev sahibliyi etdiyi bir çox sənət, musiqi, film və mədəniyyət festivalları qurulmağa başlandı. Şəhər infrastrukturun təkmilləşdirilməsi şəhərdə kompleks nəqliyyat şəbəkəsi yaranmasına təkan verdi.[12]
Avropanın mədəniyyət paytaxtı seçildikdən sonra, 2015-ci ildə 12 milyondan çox xarici qonaq qəbul edərək, dünyanın ən çox ziyarət olunan beşinci şəhəri adını qazanmışdır.[13] Şəhərin ən böyük turistik məkanı UNESCO Ümumdünya irsi siyahısına da daxil olan Bəyoğlu ilçəsinin sərhədləri daxilində yerləşən Haliç bölgəsidir. Qloballaşma və Dünya Şəhərləri Tədqiqat şəbəkəsi tərəfindən Alfa− sinfinə daxil olan İstanbul, bir çox türk şirkətinin və media təşkilatının qərargahına ev sahibliyi edir.[14] Ölkənin ümumi daxili məhsulunun isə dörddə birindən çoxunu təşkil edir.[15] Həmçinin şəhər, iyirmi ildə beş dəfə Yay Olimpiya Oyunlarına namizəd olmuşdur.[16]