Şərqi Azərbaycanda zəlzələlər (2012)
From Wikipedia, the free encyclopedia
2012-ci il Şərqi Azərbaycan zəlzələləri[2] — İranın şimal-qərb bölgəsində, Şərqi Azərbaycan ostanında 11 avqust tarixində, yerli vaxt ilə saat 16:53 radələrində baş vermiş 6,4 ballı (Əhərdə)[3] və 6.3[4] ballı (Vərziqanda)və saat 17:08 üz verən zəlzələdir. Zəlzələ 9,9 kilometr dərinliyində baş vermişdi. Episentri Əhər, Vərziqan və Heris şəhərləri idi. bu zəlzələnin əsəri batı Azərbaycan , Ərdəbil və Zəncan əyalətlərindədə hiss edilmişdir[5]
Şərqi Azərbaycanda zəlzələlər | |
---|---|
Tarix | |
Maqnituda | 6,4 bal[1] |
Hiposentrin dərinliyi | 9,9 km |
Episentrin yeri | |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hətta bu zəlzələ Azərbaycan Cumhuriyyətinin baş şəhəri " BAKI" dada bilinmişdir[6]
Zəlzələ nəticəsində 60 kəndin 60–80% infrastrukturuna zərər yetirilmiş, daha 6 kənd yer üzündən tamamilə silinmişdi.[7] 227 nəfər ölmüş, 1380 nəfərdən artıq insan yaralanmışdı.[8] Xilasedici qruplar ilk növbədə Təbriz və Əhərə göndərilmişdi. Vərziqan və Əhərdə 200 nəfər insan uçuq binaların altından xilas edilmişdi.[9] Təbrizdə enerji çatışmazlığı müşahidə olunurdu; nəqliyyatın hərəkəti pozulmuş, yollarda tıxaclar yaranmışdı. İnsan itkisi olmayıb, lakin bir necə bina zəlzələ nəticəsində zədəyə uğramışdır.[10]
Zəlzələ Ermənistan və Azərbaycanda hiss olunsa da, burada heç bir maddi zərər və ya insan itkisi müşahidə olunmamişdır.[11]. Azərbaycan zəlzələsilə bağlı iran yetkililəri düzgün bilgi verməmişlər İranın " Böhran Durumu müdirlüyü" (رئيس سازمان مديريت بحران)bu zəlzələdə ölənlərin sayını 253 nəfər , Səhiiyə Nazirlyii isə onu 306 nəfər elan etmişdir[12] başqa tərəfdən isə " Qızılaypara" cəmiiyəti, bu zəlzələdə ölənlərə 16 min yas mərasiminin qurulmasından xəbər vermişdir[13] . bu zəlzələdə ən çöx zərər verən " BACABAC" , "GÜRDƏRƏ" və "DİBNU" kəndləri və VƏRZİQAN şəhəri olmuşdur.[14] . Zəlzələdən üç gün sonra Qızılaypara məmurları bir qadını torpaq altından diri çıxarmışlar , bu bir haldadır ki bir gün zəlzələdən sonra İran yetkililəri elan etmişlər ki, avar (inkaz) götürmə tamamiylə bitmişdir və avar altında qalanlar bütünlüklə dışarı çıxarılmışdır.[15]