Şah Abbas məscidi (Gəncə)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Şah Abbas məscidi.
Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi — Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.
Cəld faktlar Ölkə, Şəhər ...
Şah Abbas məscidi | |
---|---|
40°40′39″ şm. e. 46°21′32″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Şah İsmayıl Xətai prospekti |
Memar | Şeyx Bəhaəddin |
Sifarişçi | I Şah Abbas |
Tikilmə tarixi | 1601—1606 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 184 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir.[1] Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur.[1] Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir.[1]