Şelonski adaları
From Wikipedia, the free encyclopedia
Şelonski adaları — Laptevlər dənizində yerləşən adalar qrupu. Adalar Yana körfəzində Yana çayının deltasından şərqdə yerləşir[1]. Adaları Yana-İndiqlrks çökəkliyindən dar və dayaz, bataqlıqlaşmış boğaz ayırır. Boğazın eni 1,5 km təşkil edir. Adaların bir qisminin adı yoxdur. Bəziləri isə Yana çayının Syuryuktyak, Çandan, Muksunuox qollarının adından götürülmüşdür. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Cəld faktlar Ümumi məlumatlar, Əhalisi ...
Şelonski adaları | |
---|---|
rus. Шелонские острова | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
71°40′30″ şm. e. 138°26′24″ ş. u. | |
Ölkələr | |
Akvatoriya | |
Bağla