Əbdus Salam
From Wikipedia, the free encyclopedia
Məhəmməd Əbdus Salam (Pəncab, Urdu: محمد عبد السلام; oxunuşu [əbd̪ʊs səlɑm]; d. 29 Yanvar 1926 - ö. 21 Noyabr 1996 ), Elektrozəif qüvvət ilə əlaqədar işlərə verdikləri töhfələrinə görə 1979-cu ildə fizika üzrə Nobel Mükafatını alan nəzəri fizikdir. Özü Nobel mükafatı qazanan ilk Pakistanlı və Misirli Ənvər Sədatdan sonra Nobel mükafatı qazanan ilk müsəlman olmaqla birlikdə bu fənn sahəsində bu mükafatı qazanan ilk müsəlman olmuşdur.
Əbdus Salam | |
---|---|
Muhammad Abdus Salam | |
| |
Doğum tarixi | |
Doğum yeri | Jhang, Pəncab |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Oksford, İngiltərə |
Vətəndaşlığı | Pakistan |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | professor |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Nikolas Kemmer |
Tanınmış yetirmələri |
Michael Duff Ali Chamseddine Robert Delbourgo Walter Gilbert John Moffat Yuval Ne'eman John Polkinghorne Riazuddin Fayyazuddin Masud Ahmad Partha Ghose Kamaluddin Ahmed Ghulam Murtaza Munir Ahmad Rashid |
Üzvlüyü | |
Mükafatları | Nobel mükafatı, |
Vikianbarda əlaqəli mediafayllar |
Salam 1960-cı ildən 1974-cü ilə qədər Pakistan hökumətində elm məsləhətçisi kimi fəaliyyət göstərmişdir və bu əhəmiyyətli rol Pakistanın infrastrukturuna böyük töhfələr vermişdir. Salam nəzəri və parçacıq fizikasında əhəmiyyətli inkişaflarından və verdikləri töhfələrinə məsul olmanın yanında ölkəsindəki elmi araşdırmaları ən yüksək səviyyəyə çıxarmaqla da öhdəçilikli olmuşdur. Salam SUPARCOnun yaradıcı müdiri idi və Pakistan Atom Enerji Komissiyasında (PAEC) Nəzəri Fizika Qrupunun rəhbərliyində çalışmışdır. Elm məsləhətçisi olaraq Salam nüvə enerjisinin sülh üçün istifadə edilməsində və 1972-ci ildə Pakistanın atom bombasını inkişaf etdirməsində tamamlayıcı bir rol oynamışdır və onun nəzarətində çalışan elm adamları tərəfindən bu proqramın "elmi atası" olaraq göstərilmişdir. 1974-cü ildə Pakistan Parlamenti Əhmədiyyə Müsəlman Birliyinin kafir olduğunu bəyan edən sənədi nəşr etdikdən sonra Salam ölkəsindən etirazlarla ayrıldı. Ölümündən sonra belə ölkəsinin ən nüfuzlu elm adamlarından sayıldı. 1998-ci ildə Pakistanın nüvə testlərindən sonra Pakistan hökuməti Salamın xidmətlərini şərəfləndirmək üçün onun xatirəsinə bir xatirə pulu basdırmışdır.
Salamın ən böyük və diqqətə layiq fəaliyyətləri arasına Pati-Salam modeli, maqnetik foton, vektor Meson, Böyük Birləşmə qaydası, super simmetrik işləri və ən əhəmiyyətlisi Elektrozəif qüvvət nəzəriyyəsi də daxildir ki, bu fizika sahəsindəki ən prestijli mükafatı - Fizika üzrə Nobel Mükafatını qazanmasına səbəb olmuşdur. Salam kvant sahəsi teoreminə və London Imperial Kollecində riyaziyyatın inkişafına böyük töhfələr vermişdir. Şagirdi Riazuddin ilə Salam müasir neytron nəzəriyyəsinə, neytron ulduzları və quru dəliklərə, həmçinin kvant mexanikasını modernləşdirməyə və kvant sahəsi teoriminə böyük töhfələr vermişdir. Bir müəllim və elm dəstəkçisi olaraq Salam Pakistanda riyazi və nəzəri fizikanın qurucusu və atası, öz dövründə də baş nazirin elm məsləhətçisi olaraq tanınır. Pakistanlı fizikaçıları Fizika Birliyinə toplayaraq dünyaya çox böyük töhfələr vermişdir. Öldüyü ana qədər bezmədən, usanmadan fizikaya töhfələrini və Üçüncü Dünya ölkələrində elmin irəliləməsinə olan dəstəyini geri çəkməmişdir.