ABŞ Milli Tibb Kitabxanası
From Wikipedia, the free encyclopedia
ABŞ Milli Tibb Kitabxanası — Amerika Birləşmiş Ştatları federal hökuməti tərəfindən idarə olunan, dünyanın ən böyük tibb kitabxanasıdır. Kitabxananın kolleksiyasında yeddi milyondan çox kitab, jurnal, texniki hesabatlar, əlyazmalar, mikrofilmlər, fotoşəkillər və tibb və əlaqəli elmlərə dair təsvirlər, o cümlədən dünyanın ən qədim və nadir əsərləri var.