Afips çayı
From Wikipedia, the free encyclopedia
Afips (adıq Афыпс) — Rusiyanın Krasnodar diyarında və Adıge Respublikasında çay. Çayın uzunluğu 96 km, sutoplayıcı hövzənin sahəsi— 1380[1] km²-dir.
Cəld faktlar Ölkələr, Mənsəbi ...
Afips | |
---|---|
adıq Афыпс | |
Ölkələr |
|
Mənsəbi | Kuban çayı |
Uzunluğu | 96 km |
Su sərfi | 4 m³/s |
Su hövzəsi | Kuban→Azov dənizi |
Hövzəsinin sahəsi | 1380 km² |
DSR[ru] | 06020001512108100005567 |
Bağla
Çayın adı adıgey dilindədir. "Ps" şəkilçisi adıqca "psı" su deməkdir. Adın başlanğıcı Afa (ildırım və şimşək tanrısı) tanrısının adıdır. Baxmayaraq ki, bu tanrı çərkəzlər və abazinlər arasında qəbul edilmədi[2]. "Afa" adı həm də meşəli dağ olan "Böyük Afipsə" verilmiş. Başqa bir versiyaya görə toponim kab.-çərk. Афӏыпс sözündən "şirin" və adıq Ахуы — "ağ"[3][4] sözündən formalaşıb. Ancaq C.Kokov düşünür ki, bu yanılış assosiasiyadır.[5]
Semyon Bronevskinin 1823-cü ildə tərtib etdiyi Qafqaz xəritəsində çayın adı "Karakuban"[6] kimi göstərilib. Ancaq məlumdur ki bu ad başqa çaya verilib[7].