Anna Şerbakova
From Wikipedia, the free encyclopedia
Anna Şerbakova (28 mart 2004, Moskva) — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. 2022-ci ilin fevralında Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarının çempionu. 2021-ci il Dünya Çempionatının qalibi. Avropa Çempionatlarının 2020 və 2022-ci illərdə gümüş medalçısı.
Anna Şerbakova | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Анна Станиславовна Щербакова | ||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Anna Stanislavovna Şerbakova | |||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | |||||||||||||||||||||||||
Doğum tarixi | (20 yaş) | |||||||||||||||||||||||||
Doğum yeri | Moskva, Rusiya | |||||||||||||||||||||||||
Boyu | 158 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | |||||||||||||||||||||||||
Karyera illəri | 2007— | |||||||||||||||||||||||||
Məşqçisi | Eteri Tutberidze (2013—) | |||||||||||||||||||||||||
Komandası | «Sambo-70» İdman və Təhsil Müəssisəsinin “Xrustal” bölməsi | |||||||||||||||||||||||||
Medallar
|
Karyerası ərzində 24 turnirdə çıxış edən Anna Şerbakova onların 14-də qızıl, 6-da gümüş, 1-də isə bürünc medala sahib olub. Gənclər arasında ISU Qran-Pri turnirlərinin Bratislava və Kanada mərhələlərinin qalibi olan Şerbakova 2019-cu ildə Sarayevo şəhərində (Bosniya və Herseqovina) Avropa Gənclərinin Qış Olimpiya Festivalını qızıl, Zaqreb şəhərində (Xorvatiya) isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurub.
2019-cu ildə İtaliyada Lombardia Trophy turnirini qızıl, 2021-ci ildə Macarıstanda Budapest Trophy turnirini gümüş medallarla başa vuran Anna Şerbakova ISU Qran-Pri turnirlərinin ABŞ (2019), Çin (2019), Fransa (2021) və İtaliya (2021) mərhələlərinin qalibi olub.
Anna Şerbakova 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən «Dostluq» ordeni ilə təltif edilib.