Attaşe
From Wikipedia, the free encyclopedia
Attaşe (fr. attaché, hərfi mənası — təhkim edilmiş) — ilk diplomatik rütbə, aşağı diplomatik vəzifə. Azərbaycanda birinci diplomatik ranq. Attaşe diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə akkreditiv dövləti təmsil edir, həmin sahə ilə bağlı məlumat toplayır. Onun bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir.