Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi
From Wikipedia, the free encyclopedia
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi — yaşamaq hüququnun qorunmasını nəzərdə tutur. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır.
Maddə özündə qanunla nəzərdə tutulmuş edam halları ilə bağlı məhdudlaşdırılmış bir istisnanı əks etdirir və bununla yanaşı, həyatdan məhrumetmənin əsaslandırıla bilən olması ilə bağlı nəzarət edilməli hallar göstərilir. Qanunda nəzərdə tutulmuş edamların məhdudlaşdırılması ilə bağlı nəzərdə tutulmuş istisna Konvensiyaya əlavə olunmuş aşağıda göstərilən Protokolları imzalayan dövlətlər üçün daha sonra Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı ( ölüm cəzasının ləğvi) və 13 saylı ( bütün hallarda ölüm cəzasının ləğvi) Protokolları ilə məhdudlaşdırıldı. Qeyd etmək lazımdır ki, 6 saylı saylı protokolun 2-ci maddəsində göstərilir ki, dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş hallarda və qanunun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş katibinə məlumat verir. 13 saylı Prokol isə sonrasında ölüm cəzasının artıq bütün hallarda ləğvi nəzərdə tutulurdu. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, "2-ci Maddə, Konvensiyanın ən əsas müddəsı kimi öz yerini alır." 2-ci maddənın adı altında, bir dövlətin üzərinə götürdüyü öhdəliklər üç əsas aspektdən ibarətdir: qanunla nəzərdə tutulmayan həyatdan məhrumetmədən çəkinmək vəzifəsi; şübhəli ölümləri araşdırmaq vəzifəsi; və müəyyən hallarda, qarçınılmaz həyat itkilərinin qarşısını almaq üçün addımlar atmaq öhdəliyi (pozitiv öhdəlik).[1]