Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında — 2004-cü ilin 11-30 avqust tarixlərində Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasında 37 idmançı ilə 10 idman növündə təmsil olundu.[1]
Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 37 idmançı (10 idman növündə) | ||||||||
Bayraqdar | Nizami Paşayev (açılış mərasimi) | ||||||||
Medallar Yer: 50 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 | |||||||||
Digər əlaqəli oyunlar | |||||||||
Sovet İttifaqı (1952—1988) Birləşmiş Komanda (1992) |
Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasını 5 medalla (1 qızıl və 4 bürünc) başa vurdu. Komandanın heyətində yunan-roma güləşçisi Fərid Mansurov final görüşündə qələbə qazanaraq Afina Olimpiadasının qalibi oldu. Güllə atıcısı İradə Aşumova və stend atıcısı Zemfira Meftahətdinova, həmçinin bojsçular Fuad Aslanov və Ağası Məmmədov isə Afina Olimpiadasını bürünc medalla başa vurdu.
Afina Olimpiadasında 1 qızıl və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 50-ci pillədə, medalların sayına görə isə 44-cü pillədə qərarlaşdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2004-cü il tarixli Sərəncamına əsasən Afina Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 500 milyon ₼ (onun məşqçisinə 250 milyon ₼), gümüş medal qazanan idmançıya 250 milyon ₼ (onun məşqçisinə 125 milyon ₼), bürünc medal qazanan idmançıya 120 milyon ₼ (onun məşqçisinə isə 60 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi.[lower-alpha 1][2] Həmçinin olimpiadadan sonra 3 nəfər "Şöhrət" ordeni, 8 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi.