Azərbaycanda əmək hüququ
Azərbaycanda əmək hüququ / From Wikipedia, the free encyclopedia
Azərbaycanda əmək hüququ — Azərbaycanda əmək hüququ ilə bağlı yaranan münasibətləri tənzimləyən müstəqil hüquq sahəsi. Əmək hüququ işçi ilə işəgötürən arasında yazılı formada bağlanan əmək müqaviləsi əsasında yaranan əmək münasibətlərini tənzim edir.[3]
Hazırda Azərbaycanda əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu və işsizlikdən sığorta sahələrində dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.[4]