Milli Məclis (Azərbaycan)
From Wikipedia, the free encyclopedia
Bu məqalə Azərbaycan Milli Məclisi haqqındadır. "Azərbaycan Milli Məclisi" bura istiqamətləndirir. İran Azərbaycanındakı Milli Məclis üçün Azərbaycan Milli Məclisi (İran) səhifəsinə baxın.
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
Cəld faktlar Azərbaycan Respublikasının Milli Məclisi, Ümumi məlumatlar ...
Azərbaycan Respublikasının Milli Məclisi | |
---|---|
VI çağırış | |
Ümumi məlumatlar | |
Növü | təkpalatalı parlament |
Təsis tarixi | 1995 |
İdarə heyəti | |
Sədr |
Sahibə Qafarova, YAP 10 mart 2020 tarixindən |
Sədrin birinci müavini |
Əli Hüseynli, YAP 10 mart 2020 tarixindən |
Sədr müavini |
Fəzail İbrahimli, VHP 10 mart 2020 tarixindən |
Sədr müavini |
Adil Əliyev, Bitərəf 10 mart 2020 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 121 |
siyasi partiyalar |
Hökumət (68)
Hökumətə dəstək (2) Bitərəf (36)
Müxalifət (9) Vakant (10)
|
Seçkilər | |
Sonuncu seçkilər | 9 fevral 2020 |
Məclis zalı | |
Sayt | |
meclis.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla