![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/Ilham_Aliyev_November_2017.jpg/640px-Ilham_Aliyev_November_2017.jpg&w=640&q=50)
Azərbaycanda prezident seçkiləri (2003)
From Wikipedia, the free encyclopedia
2003-cü il Azərbaycanda Prezident seçkiləri — Azərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri. Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi.
← 1998 ![]() | ||||
Azərbaycanda prezident seçkiləri (2003) | ||||
---|---|---|---|---|
15 oktyabr 2003 | ||||
Seçici fəallığı | 62.85 % | |||
![]() |
![]() |
![]() | ||
Namizəd | İlham Əliyev | İsa Qəmbər | Lalə Şövkət Hacıyeva | |
Partiya | YAP | Müsavat Partiyası | Bitərəf | |
Səslər | 1 860 346 (76.84 %) |
338 145 (13.97 %) |
87.523 (3.62 %) | |
| ||||
Nəticə | Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 5 il müddətinə Azərbaycan Prezidenti seçildi. |
Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Ədalət Partiyasının "ƏDALƏT" namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının "MÜSAVAT" namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı.
Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü.
Eyni zamanda AMİP namizədi Etibar Məmmədovun namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən də dəstklənmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyevin səhhətində olan problemlərə görə Prezident seçkilərində mübarizə aparmağdan imtina etdi və namizədliyini oğlu — Milli Məclisin deputatı, avqustun 4-dən isə Azərbaycanın Baş naziri olan İlham Əliyevin xeyrinə geri götürdü. Prezident seçkilərinin rəsmi nəticələrinə əsasən İlham Əliyev 76,84 % səslə Prezident seçildi. Onun əsas rəqibi hesab olunan İsa Qəmbər isə 13,97 % səs topladı,
amma sıralarında İsa Qəmbərin sədri olduğu Müsavat Partiyası, digər müxalif siyasi partiyalar və bitərəf seçicilərindən olduğu insanlar Prezident seçkilərinin rəsmi nəticələrindən razı deyildilər. Prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsindən sonra insanlar Müsavat Partiyasının Qərargahının qarşısına toplaşdı, bir gün sonra isə yüz minlərlərlə insan "Azadlıq" meydanına toplaşdı. Oktyabrın 16-da "Azadlıq" meydanının insanlardan "təmizlənməsi" üçün başlanılan və Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların cəlb olunduğu proses, polis qəddarlığı ilə yadda qaldı. Nəticədə 1-i uşaq olmaqla 2 nəfər öldürüldü, yüzlərlə insan yaralandı. "Azadlıq" meydanının ətrafına, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəydi. Həmin hadisələrdən sonra Azərbaycan boyu həbslər dalğası başlandı. 850-dən çox insan həbs edildi. Onların 400-dən çoxu inzibati həbs cəzası aldılar. "Müsavat" Partiyasının rəhbərliyində təmsil olunan Rauf Arifoğlu, Sülhəddin Əkbər, Arif Hacıyev, İbrahim İbrahimov, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyası (AXP)nın sədri Pənah Hüseynov və "Ümid" Partiyasının sədri İqbal Ağazadə də daxil olmağla 130 nəfərə cinayət işi açıldı.