Börküyarıq
From Wikipedia, the free encyclopedia
Rüknəddin Əbülmüzəffər Börküyarıq ibn Məlikşah (fars. ابو المظفر رکن الدین برکیارق بن ملکشاه, translit. Rukn əl-Dib Əbül-Mozəfffr Börkyaruk ibn Maəlik-Şah) və ya sadəcə Börküyarıq (fars. برکیارق; 1080, İsfahan – 2 dekabr 1104[2], Bürucərd, Luristan ostanı) — Böyük Səlcuq imperiyasının V sultanı[lower-alpha 1] (hak. 1094–1105).
Börküyarıq | |
---|---|
fars. ابرکیارق | |
| |
1094 – 1105 (ləqəbi: Rüknəddin[1]) | |
Əvvəlki | I Mahmud |
Sonrakı | II Məlikşah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1080 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 dekabr 1104[2] |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | siyasətçi |
Atası | I Məlikşah |
Anası | Zibeydə xatun |
Uşağı | II Məlikşah |
Ailəsi | Səlcuqlular |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
I Məlikşahın (hak. 1072–1092) oğlu və xələfi olan Börküyarıq imperiyanın tənəzzül və parçalanma dövrünün başlanğıc mərhələsində hökm sürmüşdür. Nəticədə, Kirmandan Anadoluya, Anadoludan Suriyaya qədər uzanan türkmən atabəylər və bəyliklər güc qazanmışdır. Onun hakimiyyəti dövrü üçün digər səlcuqlu şahzadələrinə qarşı daxili çaxnaşmalar xarakterikdir. 1105-ci ildə vəfat etməsindən əvvəl artıq onun nüfuzu böyük ölçüdə yoxa çıxmışdı. Börküyarığın azyaşlı oğlu II Məlikşah qısa müddətdə onun yerinə keçmiş, lakin Börküyarığın doğma qardaşı və rəqibi Məhəmməd Təpər (hak. 1105–1118) tərəfindən öldürülmüşdür.