BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası
From Wikipedia, the free encyclopedia
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir.[1] 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. Katibliyi öncə Cenevrədə olsa da, 1996-cı ildə Bonna köçüb.[2] Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir.[3] “UN FCCC” həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verməklə məsul Katibliyin adıdır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası | |
---|---|
ing. UNFCCC | |
Müqavilənin tipi | Beynəlxalq ekoloji saziş |
Hazırlanma tarixi | 9 may 1992 |
İmzalanma tarixi |
4–14 iyun 1992 20 iyun 1992 – 19 iyun 1993 |
İmzalanma yeri |
Rio-de-Janeyro, Braziliya Nyu-York, ABŞ |
Qüvvəyə minməsi | 21 mart 1994 |
İmzalayanlar | 165 |
Tərəflər | 198 |
Veb-saytı | unfccc.int |
Vikianbarda əlaqəli mediafayllar |
Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində:"atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen [yəni insan səbəbli] müdaxiləsinin qarşısını alacaq səviyyədə sabitləşdirilməlidir" şəklində göstərilib.[1] Müqavilə, ekosistemlərin iqlim dəyişikliyinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırırdı.[3][4]
1997-ci ildə imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto protokolu UNFCCC çərçivəsində tədbirlərin ilk icrası olmuşdur.[5][6] Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olundu. 2022-ci ilə qədər UN FCCC-də 198 tərəfdar var idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP), iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır.[7][8] Əsas imzalayan dövlətlər öz fərdi öhdəliklərinə əməl etmədiklərinə görə, UNFCCC qəbul edildiyi gündən karbon qazı emissiyasını azaltmaqdakı yönündəki fəaliyyətindəki uğursuzluğu tənqid olunur..[9]
Müqavilə imzalayan dövlətlərin üç kateqoriyası üçün müxtəlif məsuliyyətlər müəyyən edilib.[4] Bu kateqoriyalar inkişaf etmiş ölkələr, xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrdir. Əlavə 1 ölkələri də adlandırılan inkişaf etmiş ölkələr əvvəlcə 38 dövlətdən, 13-ü demokratiyaya və bazar iqtisadiyyatına keçiddə olan Şərqi Avropa dövlətləri və Avropa İttifaqından ibarət idi. Hamısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) aiddirlər.
Əlavə I ölkələri istixana qazlarının antropogen emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişikliyinin yumşaldılmasına dair milli siyasətlər qəbul etməyə və müvafiq tədbirlər görməyə, habelə ayrı-ayrılıqda və ya birlikdə 1990-cı il emissiya səviyyələrinə görə atılan addımlar haqqında hesabat verməyə çağırılır. Xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş ölkələr Əlavə II ölkələri adlanır. Demokratiyaya və bazar iqtisadiyyatına keçiddə olan ölkələr istisna olmaqla, bunlara Əlavə I-in bütün ölkələri daxildir. Əlavə II ölkələri Monreal protokolu ilə nəzarət olunmayan bütün istixana qazları üçün mənbələr üzrə emissiyalarının milli inventarlarını hazırlamaq və onların udma qurğuları vasitəsilə atılması öhdəliyinə əməl etmək istiqamətində inkişaf etməkdə olan ölkələrin çəkdiyi xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları təqdim etməyə çağırılır.[4] Bundan sonra inkişaf etməkdə olan ölkələrdən öz inventarlarını UNFCCC katibliyinə təqdim etmələri tələb olunur.[4]
UNFCCC, xüsusilə əsas beynəlxalq müqavilələrdəki (Kioto protokolu və Paris sazişi) çatışmamazlıqlara görə tənqidlərlə üzləşib. Məsələn, Paris sazişinin iqlimlə bağlı məqsədlərinə çatmaq üçün effektivliyi müzakirə olunmasına baxmayaraq, əksər ekspertlər bunun qlobal temperatur artımını 1,5 °C-dən aşağı saxlamaq kimi daha iddialı məqsəd üçün yetərli olmadığını bildirirlər.[10][11] Mümkün icra mexanizmləri, istixana qazları emissiyaları üçün tarixi məsuliyyət (iqlim ədaləti) və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi (məsələn, Yaşıl İqlim Fondu vasitəsilə) ətrafında müzakirələr aparılır.[mənbə göstərin]