Babək (film)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Babək (dəqiqləşdirmə).
Babək tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır.[1] Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər.
Cəld faktlar Babək, Janr ...
Babək | |
---|---|
Janr |
tarixi döyüş bioqrafik müharibə |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri | Ənvər Məmmədxanlı |
Baş rollarda |
Rasim Balayev Həsənağa Turabov Amaliya Pənahova Tamara Yandiyeva Şahmar Ələkbərov Məmməd Verdiyev Hamid Azayev Ənvər Həsənov |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçılar |
"Azərbaycanfilm" kinostudiyası "Mosfilm" kinostudiyası |
İlk baxış tarixi | 16 yanvar 1980 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 128 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1979 |
Texniki məlumatlar |
2 seriyalı 14 hissə 3756 metr genişekranlı I seriya: 7 hissə, 1974 metr II seriya: 7 hissə, 1782 metr |
Rəng | rəngli |
IMDb | ID0078816 |
Bağla