Bakı Beynəlxalq Caz Festivalı
From Wikipedia, the free encyclopedia
Bakı Beynəlxalq Caz Festivalı – Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir. Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı - təhsil(seminarlar və master-klasslar), “Uşaqlar caz günü”, müsabiqə("Ən yaxşı caz ifaçısı"), incəsənət və foto sərgilər, dünya caz ifaçıların caz konsertləri və başqa tədbirlərdən ibarət olan forum və musıqı festivalıdı.[1]
İlk növbədə, Bakı Caz Festivalı ölkələr arasında mədəni töhfəni gücləndirmək və genişləndirmək, eləcə də dünya ölkələrinin mədəni irsini tədqiq etmək üçün böyük imkandır. Bundan başqa, Bakı Caz Festival XX-ci əsrin görkəmli xadimləri tərəfindən təsis olunan Azərbaycan cazın tarixini qorunması və davam etdirilməsi üçün çalışır.[2]
Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzində, Bakı Filarmoniyasında, Heydər Əliyev sarayında eləcə də Caz Mərkəzində konsert proqramları ilə çıxış edir.[3]
2016-cı ildə, Bakı Caz Festivalı Avropa Caz Birliyinə (European Jazz Network EJN) daxil olunub.[4] [5]