Beşinci simfoniya (Bethoven)
From Wikipedia, the free encyclopedia
Simfoniya No. 5 °C minorda — Lüdviq van Bethoven tərəfindən 1804–1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir.[2] Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808-ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır.
Simfoniya No. 5 | |
---|---|
alm. 5. Sinfonie | |
| |
Bəstəkar | Lüdviq van Bethoven |
Tonallıq | c-Moll |
Forma | simfoniya |
Opus | 67 |
Yazılma tarixi | 1807[1] |
Premyera |
|
Hissələr |
Allegro con brio Andante con moto Scherzo. Allegro Allegro |
Vikianbarda əlaqəli mediafayllar |
Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır:
Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə — diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir.