Boğazlar haqqında London konvensiyası (1841)
From Wikipedia, the free encyclopedia
Boğazlar haqqında London konvensiyası (1841) — Avstriya imperiyası, Fransa krallığı, İngiltərə, Prussiya, Rus imperiyası və Osmanlı imperiyası tərəfindən 13 iyul 1841-ci ildə Londonda imzalanan beynəlxalq konvensiya[1] Misir üsyanının sonunda Osmanlı imperiyasının çökməyə başlaması Boğazlar məsələsini əhəmiyyətli bir məsələ olaraq ön plana çıxardı. Çünkü, Aralıq dənizinin şərq qapıları olan Bosfor və Dardanel boğazları, dövlətlərarası münasibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı. Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəkinərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd göstərmədilər. [2]