Dağıstan Respublikasının Dövlət Başçısı
From Wikipedia, the free encyclopedia
Dağıstan Respublikasının Dövlət Başçısı və ya 31 dekabr 2013-cü ildə qədər Dağıstan Respublikasının Prezidenti (rus. Глава/Президент Республики Дагестан) — RF-na bağlı muxtar Dağıstan Respublikasında ən yüksək vəzifə.
Dağıstan Cümhuriyyətinin Başçısı | |
---|---|
rus. Глава Республики Дагестан | |
| |
Vəzifədədir Sergey Məlikov (müvəqqəti olaraq səlahiyyətləri icra edən) | |
Başçılıq edir | Dağıstan |
Rəsmi iqamətgahı | Dağıstan Respublikası, Mahaçqala şəhəri, Lenin meydanı, Hökumət evi |
Səlahiyyət müddəti | 5 il |
Vəzifənin təsis tarixi | 2006-cı il |
Rəsmi saytı | president.e-dag.ru |
Dağıstanın Dövlət Başçısı, Rusiya Federasiyası Konstitusiyasına və federal qanunlara, Dağıstan Respublikasının Konstitusiyasına və Dağıstan qanunlarına uyğunlaşma təmin edilməsinə, eyni zamanda xalqların bərabərliyinə, insan və vətəndaş hüquq və azadlıqlarına yönəlmiş bir siyasət həyata keçirir və Dağıstan Respublikasının birliyinin və ərazi bütövlüyünün qorunması üçün siyasət aparır. Dövlət başçısı 30 yaşından kiçik bir şəxs ola bilməz.
Səlahiyyət müddəti beş ildir. Rusiya Federasiyası Prezidenti tərəfindən irəli sürülmüş üç namizəd arasından Dağıstan Respublikası Milli Məclisinin deputatları tərəfindən seçilir.