Elektron kitab (qurğu)
From Wikipedia, the free encyclopedia
Elektron kitab qurğusu (ing. e-book reader) – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir) Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsi ilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır.
Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitab qurğularını planşet kompüter sinfinə daxil etmək olar. Planşet fərdi kompüterin adi kompüterdən fərqi onun məhdud funksiyaları avtonom iş zamanı böyük vaxtın olmasıdır. Müasir elektron kitab qurğuları adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olurlar.