Elflər
From Wikipedia, the free encyclopedia
Elflər (alm. elf — ing. elf) — alman-skandinav və kelt folklorunda sehrli xalq. "Alvla" (q.skan. álfr) və sidlər (qəd. irl. sidhe) adları ilə tanınır.
Müxtəlif miflərdə elflərin təsviri müxtəlifdir, ancaq bir qayda olaraq onlar gözəl, işıqlı, insana dost məxluqlardır. Ancaq onlar insanlardan daha hündür və gözəl təsvir olunur. Bununla belə insandan daha cəld və qüvvətlidir. Elflər 1000 ildən daha çox yaşayır. Buna görə də elflər ölümsüz qəbul olunur. Dağlarda və dənizlərdə olmaqdan xoşlanmazlar, əsasən meşəlikdə yaşayırlar.
Onlar bir qayda olaraq Avropa xalqlarının nağıllarının və fantastik əsərlərinin qəhrəmanlarıdır.