Eynşteyn–Silard məktubu
From Wikipedia, the free encyclopedia
Eynşteyn–Silard məktubu — 2 avqust 1939-cu ildə Leo Silard tərəfindən yazılmış və Albert Eynşteyn tərəfindən imzalanmış və ABŞ Prezidenti Franklin Ruzveltə göndərilmiş məktub. Silardın həmkarları olan macar fiziklər Edvard Teller və Yucin Viqner ilə məsləhətləşərək yazdığı məktubda Almaniyanın atom bombası yarada biləcəyi xəbərdarlığı edilib və ABŞ-ın nüvə proqramına başlaması təklif edilib. Bu, Ruzveltin hərəkətə keçməsinə səbəb oldu, nəticədə Manhetten layihəsi, ilk atom bombalarının hazırlanması və bu bombaların Hiroşima və Naqasaki şəhərlərinə atılması ilə nəticələndi.