Fənərbaxça FK
Türkiyənin futbol klubu / From Wikipedia, the free encyclopedia
Fənərbaxça FK — klub Fənərbaxça İdman Klubunun nəznində fəaliyyət göstərir. Hazırda klub, Türkiyə super liqasında mübarizə aparır.[1] Klubun futboldan başqa digər mübarizə apardığı idman növləri basketbol, voleybol, atletika, boks, avarçəkmə, yelkənli idman, üzgüçülük və stolüstü tennisdir. "Fənərbaxça" futbol klubu ev oyunlarını İstanbul Kadıköydəki 47.834 nəfər tutumlu Şükrü Saracoğlu stadionunda keçirir.[1]
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Fənərbaxça FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Fənərbağça Futbol Klubu | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) |
Sarı-Lacivertliler, Sarı Kanaryalar |
|||
Rəng(lər) | Sarı-göy (Lacivərt) | |||
Yaranma tarixi | 3 may 1907 | |||
Stadionu | Şükrü Saracoğlu stadionu | |||
Tutumu | 47.834 | |||
Prezidenti | Ali Koç | |||
Baş məşqçisi | İsmail Kartal | |||
Liqa | Türkiyə Super Liqası | |||
2022–2023 | 3 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1907-ci ildə bir idman klubu olaraq qurulan "Fənərbaxça", türk futbolu tarixinin ən uğurlu və ən populyar idman klublarından biridir.[2][3]
"Fənərbaxça", 28 Türkiyə çempionluğu ilə ən çox çempionluq qazanan türk futbol klubudur.[4][5] 19 dəfə Superliqada, 6 dəfə Milli Divizionda, 3 dəfə Türkiyə Futbol Çempionatında, Türkiyə futbolu tarixində ən çox milli çempionluq qazanan klubdur. Həmçinin 6 Türkiyə çempionu olub. 9 Türkiyə Super Kuboku əldə etmişdir.[6] Klub avrokuboklar üzrə, ən yaxşı nəticəni 2012–13 mövsümündə, UEFA Avropa Liqasıda yarımfinalına yüksələrək əldə etmişdir. 1968-ci ildə çempionluğunu qazandığı Balkan Kuboku Türkiyədə və klub tarixində ilk avrokubok olub.
"Sarı Kanaryalar" ləqəbli "Fənərbaxça", "Trabzonspor" və "Beşiktaş" kimi klublarla yarışsa da, ən böyük rəqibi eyni şəhərdə yerləşən "Qalatasaray"dır. Bu iki klub arasında baş tutan matçlar "qitələrarası derbi" və ya "Avrasiya derbisi" adlanır. Klubun ənənəvi forması düz, sarı və sürməyi zolaqlı formadan, ağ şortdan və yanlarda açıq rəngli ağ corabdan ibarətdir.