Fallout Shelter
From Wikipedia, the free encyclopedia
Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya videooyunu. "Fallout" videooyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması, 7 fevral 2017-ci ildə Xbox One platforması və son olaraq 10 iyun 2018-ci ildə PlayStation 4 və Nintendo Switch platformaları üçün buraxılmışdır. Həmçinin, oyunu "Tesla" avtomobillərində oynamaq mümkündür. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir.
Fallout Shelter | |
---|---|
| |
Hazırlayan |
Bethesda Game Studios Behaviour Interactive |
Yayımlayan | Bethesda Softworks |
Seriya | Fallout |
Anons tarixi | 14 iyun 2015 |
Buraxılış tarixi |
iOS 14 iyun 2015 Android 13 avqust 2015 Microsoft Windows 14 iyul 2016 Xbox One 7 fevral 2017 PlayStation 4, Nintendo Switch 10 iyun 2018 |
Janrlar |
Free-to-play simulyasiya |
Yaş reytinqləri | ESRB: T — Teen |
Rejissorlar | Todd Hovard |
Dizaynerlər |
Emmanuel Hardi-Senekal Tomas Henrikez Cenik Nevü |
Ssenaristlər | Emil Paqliarulo |
Rəssamlar |
İştvan Peli İlya Nəzərov Ceymi Villa |
Texniki məlumat | |
Platformalar |
iOS Android Microsoft Windows Xbox One |
Mühərriklər | Unity |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, rus dili, ispan dili, alman dili, italyan dili, fransız dili |
Daşıyıcılar | Rəqəmsal dağılım (App Store, Play Store, Steam, Xbox Live) |
Sistem tələbləri |
iOS: Android: Xbox One: PlayStation 4: Nintendo Switch: 1.4 GB boş disk sahəsi |
İdarəetmə |
Klaviatura və siçan geympad sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas geympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikroödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.