Gürcüstanın qızıl dövrü
tarixi dövr / From Wikipedia, the free encyclopedia
Gürcüstanın qızıl dövrü (gürc. საქართველოს ოქროს ხანა) — Gürcüstan Krallığının orta əsrlərdə öz sərhədlərini maksimum genişləndirdiyi, 11–13-cü əsrləri əhatə edən tarixi period. Bu dövr hərbi genişlənmə ilə yanaşı, orta əsrlər Gürcüstan memarlığının, rəssamlıq və poeziyasının çiçəklənməsi, dini incəsənətin inkişafı, dünyəvi ədəbiyyatın ilk iri həcmli əsərlərinin yazılmasına təsadüf edir.
İki əsrdən çox davam edən qızıl dövr monqollar kimi köçərilərin davamlı istilaları və eyniadlı köçəri qruplar tərəfindən qara ölümün yayılması səbəbindən tədricən sona çatdı. Gürcüstan ənənəvi müttəfiqi olan Şərqi Roma İmperiyasının sonun gətirən Konstantinopolun süqutundan sonra Gürcüstan daha da zəiflədi. Bu proseslərin nəticəsi olaraq, 15-ci əsrdə Gürcüstan xristian Avropadan ayrılmış, düşmən olaraq gördüyü Türk-İran qonşuları ilə əhatə olunan təcrid olunmuş bir anklava çevrildi.[1][2]