Hans adası
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Hans.
Hans adası (qren. Tartupaluk; dan. Hans Ø; ing. Hans Island) — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada. Adanın uzunluğu 1290 m, eni — 1199 metr təşkil edir. Sahəsi 1,3 km²-dir. Hans adası Kennedi boğazında yerləşən ən balaca adadır. Bu hissədə boğazın eni 35 km-dir. Ada Danimarka və Kanadanın ərazi sularında yerləşir.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Hans adası | |
---|---|
qren. Tartupaluk, dan. Hans Ø, ing. Hans Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 1,3 km² |
Uzunluğu |
|
Eni | 1,1 km |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
80°49′ şm. e. 66°27′ q. u. | |
Ölkələr | |
Region |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Görünən odur ki, ada XIV əsrdən İnuitlərin ov yeri olmuşdur. Adaya Danimarka və Kanada iddia edir. Qrenlandiya və Danimarka arasında olan anlaşmaya görə ikincisi daxili məsələlərin bəzisini və sərhəd mübahisələrinə nəzarət edir. Adaya ən yaxın yaşayış məntəqələri — Alert (Kanada) — Hansadan 198 km, Siorapaluk (Qrenlandiya) — 349 km, Kaanaak (Qrenlandiya) — 379 km.