Kali Uçis
From Wikipedia, the free encyclopedia
Kali Uçis (ing. Kali Uchis; 17 iyul 1994[1], Aleksandriya[d], Virciniya[1]) — ABŞ müğənnisi. 2012-ci ildə "Drunken Babble" adlı debüt miksteypini, 2015-ci ildə isə debüt mini-albomu "Por Vida"-nı çıxarıb. Kalinin 2018-ci ildə işıq üzü görən debüt studiya albomu "Isolation" geniş rəğbətlə qarşılanıb. Onun ikinci studiya albomu və ilk ispan dili layihəsi "Sin Miedo (del Amor y Otros Demonios)" 2020-ci ildə buraxılıb. Albomdakı "Telepatía" sinqlı ABŞ-də Billboard Hot 100-ə girən onun ilk mahnısı olub. O, Kaytranadanın "10%" sinqlındakı ifasına görə Ən yaxşı rəqs səsyazması üzrə Qremmi mükafatına layiq görülüb.
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Kali Uçis | |
---|---|
ing. Kali Uchis | |
Ümumi məlumatlar | |
Doğum adı | Karly Marina Loaiza |
Ləqəbi | Kali Uchis |
Doğum tarixi | 17 iyul 1994(1994-07-17)[1] (29 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | mahnı yazarı[d], müğənni, müğənni-mahnı yazarı, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 2012-ci ildən |
Janrlar | müasir R&B[d] |
Albom şirkəti | Virgin Records |
kaliuchis.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla