Konstantinopolun süqutu
From Wikipedia, the free encyclopedia
Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi.[1][23]
Konstantinopolun süqutu yun. Άλωση της Κωνσταντινούπολης türk. İstanbul'un fethi | |||
---|---|---|---|
Osmanlı-Bizans müharibələri | |||
| |||
Tarix | 6 aprel 1453 — 29 may 1453 | ||
Yeri | Konstantinopol (indiki İstanbul) | ||
Səbəbi | Bizansın Şahzadə Orxana görə II Mehmeddən bac istəməsi | ||
Nəticəsi | Osmanlı İmperiyası qalib gəldi. Bizans İmperiyası süqut etdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu.[24][25][26] Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər.[27] Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı.[28][29] Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir.[30] I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı. Növbəti il mühasirə yenidən başladı və bu dəfə dəniz bağının qarşısını kəsmək üçün Anadolu Hasarı inşa edildi.[31] Bizans İmperatorunun sülh təklifindən sonra mühasirə başa çatdı.[31] Ankara döyüşündən sonra Osmanlı Fitrət dövrünü yaşadı. Bu dövrdə Konstantinopol I Bəyazidin oğlu olan Musa Çələbi tərəfindən 1412-ci ildə yenidən mühasirəyə alındı.[32][q 1] Musa Çələbi qarışıqlığa Bizansın səbəb olduğuna və bəzi şahzadələrin Bizans tərəfindən dəstəkləndiyinə inanırdı.[33] Buna baxmayaraq rəqib şahzadələrdən olan Mehmed Çələbinin hərəkətə keçməsi ilə bu mühasirə də dayandırıldı. Dördüncü mühasirə II Muradın dövründə oldu. II Murad Bizansa elçilər göndərərək Mustafa Çələbinin dəstəklənməməsini tələb etdi, ancaq bu tələbi müsbət nəticələnmədi. Üsyan ilə mübarizə aparan II Murad Mustafa Çələbini dəstəklədiyinə inandığı Bizans İmperiyası üzərinə irəlilədi və mühasirə başladı.[34][35] Bizans İmperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları və xərac verməyi qəbul etməsindən sonra bu mühasirə də başa çatdı.[35] II Mehmed taxta çıxdığı vaxt Konstantinopol Osmanlı İmperiyasının torpaqları ilə əhatələnmiş vəziyyətdə idi.[1][24][36]