Konstitusiyalı Demokratiya Partiyası
From Wikipedia, the free encyclopedia
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür.[2][3] Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi.
Konstitusiyalı Demokratiya Partiyası Конституционно-демократическая партия | |
---|---|
| |
Sədri | Pavel Milyukov |
Qurucu | |
Lideri | Pavel Milyukov |
Quruluş tarixi | 12 oktyabr 1905 (1905-10-12) |
Dağılma tarixi | 12 dekabr 1917 (1917-12-12) |
Baş qərargah | Sankt-Peterburq, Rusiya |
İdeologiya |
Konstitusionalizm Konstitusiyalı monarxiyaçılıq Liberal demokratiya Parlamentarizm Siyasi plüralizm Sosial liberalizm[1] |
İdeoloji spektr | mərkəzçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi.[4] Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.[5] Konstitusiyalı Demokratiya Partiyası bir neçə liberal qrupun birləşməsi nəticəsində yaranmışdır. Bunlar Qurtuluş Birliyi, Zemstvo Konstitusiyaçılar Birliyi və Birliklər Birliyi idi. Bundan əlavə, müəllimlər, hüquqşünaslar, yazıçılar, həkimlər və mühəndislər də daxil olmaqla burjua işçiləri və ziyalılar partiyanın bir hissəsi idi.[6][7]
Kadetlərin liberal iqtisadi proqramı işçilərə 8 saatlıq iş günü və tətil hüququnu dəstəkləyirdi.[8] Kadetlər "Rusiyadakı bütün milli azlıqların tam vətəndaşlığına sadiq idilər". Partiya yəhudilərdən[9] və Volqa almanlarından əhəmiyyətli dəstək almışdır.[10][11]