Kordova Cümə məscid-kafedralı
From Wikipedia, the free encyclopedia
Kordova Cümə məscidi[1][2](isp. Mezquita-Catedral de Córdoba) — Kordova əmiri I Əbdürrəhmanın xanəmının şərəfinə tikdirdiyi məscid (lang-en|Cathedral of Our Lady of the Assumption) (isp. Catedral de Nuestra Señora de la Asunción)[3] İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı[4]. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir.
Meskita (Kordova Cümə məscidi-kafedralı) | |
---|---|
ing. Mezquita-Catedral de Córdoba | |
37°52′43″ şm. e. 4°46′45″ q. u. | |
Ölkə | İspaniya |
Status | Kafedral |
Şəhər | Əndəlüs |
Yerləşir | Kordovanın Tarixi Mərkəzi,İspaniya,Əndəlüs,Kordova |
Tikilmə tarixi | 784-cü il |
Üslubu | Mavritaniya arxitektura üslubu |
Uzunluğu |
|
Eni | 125 m |
Sahəsi | 23 min m2 |
Rəsmi sayt | catedraldecordoba.es |
Rəsmi adı: Kordovanın Tarixi Mərkəzi | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iv, vi |
Təyin edilib | 1984 (Dünya Miras Komitesi) |
İspaniya | |
Vikianbarda əlaqəli mediafayllar |
Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur[5][6] .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır[7][8].
2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilər[9][10] . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi[9][11].