Loxaniemi yarımadası
From Wikipedia, the free encyclopedia
Loxaniemi yarımadası (fin Lihaniemi) — Rusiyanın şimal-şərqində Leninqrad vilayəti Vıborq rayonu ərazisində yerləşən yarəmada. Yarımada Tixaya buxtası ilə Medyanski buxtasını ayırır. Ən ucqar şimal nöqtəsi Yujnoe Kopye burnudur. Burada Dubovı, Ustup, Ziminski və s burunlar vardır. Relyefi əsasən düzəndir. Maksimal hündürlük 35 metrdir. Sahilində dərinlik 15 metrə çatır. Yaxınlığında çoxlu sayda ada vardır. Onların ən irisi Steklyannı adasıdır. Yarımadada intirahət evi vardır.
Cəld faktlar Ümumi məlumatlar, Ən yüksək nöqtəsi ...
Loxaniemi | |
---|---|
Ümumi məlumatlar | |
Ən yüksək nöqtəsi | 35 m |
Yerləşməsi | |
60°39′00″ şm. e. 28°40′00″ ş. u. | |
Ölkə | Rusiya |
Bağla