Müqəddəs Pyotr kafedrası
From Wikipedia, the free encyclopedia
Müqəddəs Pyotr kafedrası (lat. Cathedra Petri) - həm də Müqəddəs Pyotr taxtı kimi tanınan relikviyadır. Əsər Roma-Katolik kilsəsinin anklavı olan Vatikan şəhərindəki Müqəddəs Pyotr bazilikasında saxlanılır. Relikviya, adətən Romada Erkən xristianların lideri hesab edilən və Roma yepiskopu titullu ilk Roma Papası olan Müqəddəs Pyotrla əlaqələndirilən taxta taxtdır.[2] Relikviya Covanni Lorenso Bernini tərəfindən 1647-1653-cü illərdə tuncdan hazırlanmış və qızıl suyuna çəkilmiş korpusa salınmışdır.[2] 2012-ci ildə Papa XVI Benedikt taxtı “Pyotr və onun xələflərinin Məsihin mərhəmət və xeyirxahlığa inancının təmsilçisi olmasının simvolu” kimi təsvir etmişdir.[3]
Müqəddəs Pyotr kafedrası | |
---|---|
lat. Cathedra Petri | |
Ölkə | Vatikan |
Memarlıq üslubu | barokko |
Heykəltaraş | Covanni Lorenso Bernini |
Sifarişçi | VIII Urban |
Tikilib | 1647, 1658[1] |
Material | qızıl suyuna çəkilmiş bürünc |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası |
Vikianbarda əlaqəli mediafayllar |
Taxta taxt Papa VIII İohanna 875-ci ildə Müqəddəs Roma imperatoru II Keçəl Karl tərəfindən hədiyyə edilmişdir.[2] Relikviya yüzillər ərzində dəfələrlə tədqiq edilmiş, sonuncu dəfə 1968-1974-cü illərdə tədqiqat üçün Berninin hazırladığı altardan çıxarılmışdır.[4] Bu tədqiqat nəticəsində müəyyən edilmişdir ki, taxt qoşa yox tək örtüklü stuldan ibarət olmuş və stulun heç bir hissəsi VI əsrdən əvvəlki dövrə aid olmamışdır.[4]
Taxt Müqəddəs Pyotr bazilikasının kafedrasıdır. Kafedra (lat. Cathedra) latın dilində “stul” və ya “taxt” anlamında istifadə olunmuşdur, buna görə də, “kafedral” yepiskopun taxtı anlamını daşıyır. Əvvəllər Papalar bu taxtı istifadə edirdilər. O, hazırda Roma Papalarının istifadə etdiyi və hüquqi Papalıq taxtı hesab edilən Lateran bazilikasındakı taxtdan fərqlənir.