Mürrey Rotbard
From Wikipedia, the free encyclopedia
Mürrey Nyyuton Rotbard (ing. Murray Newton Rothbard; 2 mart 1926[1], Nyu-York, Nyu-York ştatı, ABŞ – 7 yanvar 1995[1], Nyu-York, ABŞ[2][3][…]) — amerikalı siyasi filosof[4], iqtisadçı, Avstriya iqtisadi nəzəriyyə məktəbinin nümayəndəsi[5][6][7][8][9][10][11][12] və tarixçi,[13][14][15], əsərləri və şəxsi təsir müasir libertarizmin inkişafında böyük rol oynamışdır Rotbard anarxo-kapitalizm və libertarianizmin qurucusu və aparıcı nəzəriyyəçisi, tarixi revizionizmin qatı tərəfdarı və XX əsrdə amerikalı libertarist hərəkatın mərkəzi simalarından biri idi. Siyasi nəzəriyyə, revizionist tarix, iqtisadiyyat və digər mövzularda iyirmi kitab yazmışdır.[16]
Mürrey Rotbard | |
---|---|
ing. Murray Rothbard | |
Doğum adı | Murray Newton Rothbard |
Doğum tarixi | 2 mart 1926(1926-03-02)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 yanvar 1995(1995-01-07)[1] (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Elm sahələri | libertarianizm |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Lüdviq fon Mizes |
Vikianbarda əlaqəli mediafayllar |
Rotbard, "korporativ dövlət inhisar sistemi" tərəfindən göstərilən bütün xidmətlərin özəl sektor tərəfindən daha təsirli bir şəkildə təmin edilə biləcəyini müdafiə edərək, dövlətin "sistemləşdirilmiş və genişmiqyaslı bir soyğunçuluq təşkilatı" olduğunu yazdı[17][18][19][20][21][22]. Fraksiya ehtiyat bankçılığını bir saxtakarlıq növü adlandırdı və mərkəzi bankçılığa qarşı çıxdı.[23] Rotbard, digər xalqların işlərinə hərbi, siyasi və iqtisadi müdaxiləyə qəti şəkildə qarşı çıxır[24][25]. Müdafiəçisi Hans-Hermann Hoppe görə, "Rotbard olmasa burada danışılacaq bir anarxo-kapitalist hərəkatı olmazdı."