Markoman müharibələri (lat. bellum Germanicum et Sarmaticum "German və Sarmat müharibəsi") — Roma imperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ilindən 180-ci ilinə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır. Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır.
Cəld faktlar Tarix, Yeri ...
Markoman müharibələri |
---|
Roma-German müharibələri |
Mark Avreli Sütunundakı (Roma, İtaliya) bu relyef səhnəsi, eramızın II əsrinin sonlarında baş vermiş Markoman müharibələri döyüş səhnəsidir. |
Tarix |
166-180-cı illər (14 il) |
Yeri |
Dunay çayı sahilləri, Roma imperiyasının şimal-şərqi |
Nəticəsi |
Roma imperiyasının qələbəsi |
Roma imperiyası
|
- Əsas döyüşənlər: Markomanlar, Kvadlar, Yazıqilər (köçəri sarmat tayfaları)
- Həmçinin iştirak edirdilər: Varişilər, Hattilar, Havkilər, Lanqobardlar, Hermundurilər, Svevlər, Burilər, Kotinilər, Vandallar (Hasdinqlər, Lakrinqlər və Viktohalilər), Roksolanlar, Bastarnlar, Kostoboklar
|
|
|
13 legion 2 veksillyasiya (legionun xüsusi, nisbətən kiçik bölməsi) Dunay donanması 58 köməkçi koqorta
|
977000
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Germanlara və sarmatlara qarşı mübarizə Roma imperatoru Mark Avreli hakimiyyətinin əsas mübarizələrindən biri idi, o, məhz onlara qarşı yürüşləri zamanı “Özümə”(yun. Τὰ εἰς ἑαυτόν) adlı fəlsəfi əsərini yazmağa başlayıb.