Matsalu Milli Parkı
From Wikipedia, the free encyclopedia
Matsalu Milli Parkı (est. Matsalu rahvuspark) — Estoniyanın qərbində, Kazari çayının aşağı axınında, Baltik dənizinin Matsalu körfəzinin sahil zolağı və Moonzund arxipelaqının 50 adasını özündə birləşdirən milli park[1]. Matsalu Milli Parkı Kasari çayının deltası və ətraf əraziləri - subasar zonası, düzənliklər, sahil çəmənlikləri, qamışlıqlar, meşəliklər, meşəli çəmənliklər ərazisini əhatə edir. Milli park Matsalu körfəzinin sahilini əhatə edən ümumi sahəsi 486.1 km² (187.7 kvadrat mil) təşkil edir. Mühafizə olunan ərazinin 224.3 km² sahəsi qurunun, 261.8 km² sahəsi isə suyun payına düşür[2]. Matsalu körfəzi dayazlığı, duzluluğu və qidalı maddələrlə zənginliyi ilə seçilir. Körfəzin uzunluğu 18 km və eni 6 km, orta dərinliyi 1.5 metr (5 fut) və maksimal dərinliyi 3.5 m (11 fut) təşkil edir. Körfəzin sahili təxminən 165 km-dir (102.5 mil).
Matsalu Milli Parkı | |
---|---|
est. Matsalu rahvuspark | |
Sahəsi | 486,1 km2 ha |
Yaradılma tarixi | 1957 |
Yerləşməsi | |
58°48′36″ şm. e. 23°35′49″ ş. u. | |
Ölkə | Estoniya |
keskkonnaamet.ee | |
Vikianbarda əlaqəli mediafayllar |