Meksika körfəzi
Şimali Amerika materiki və Kuba adası arasında iri su hövzəsi / From Wikipedia, the free encyclopedia
Meksika körfəzi (isp. Golfo de México) — dünyanın doqquzuncu böyük su həcmi. Əsasən Şimali Amerika materiki və Kuba adası ilə əhatə olunub. Meksika körfəzi hövzəsi təxminən oval formasındadır və şərqdən qərbə qədər uzunluğu 1500 km-dir. Körfəz Atlantik okeanın bir hissəsidir və onu okeandan ABŞ və Kuba arasındakı Florida boğazı, Karib dənizindən isə Meksika və Kuba arasındakı Yukatan boğazı ayırır.
Ən dərin yeri 4.384 metrdir. Meksika körfəzi ən yüksək temperaturlu suya malik su hövzələrindən biridir.