Milla Yovoviç
From Wikipedia, the free encyclopedia
Militsa Boqdanovna Yovoviç (ing. Milica Bogdanovna Jovovich; 17 dekabr 1975[1][2], Kiyev, Ukrayna SSR, SSRİ[3]) — amerikalı aktrisa, model.[4]
Milla Yovoviç | |
---|---|
ing. Milla Jovovich | |
Doğum adı | Милиця Богданівна Йовович |
Doğum tarixi | 17 dekabr 1975(1975-12-17)[1][2] (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları |
|
Anası | Qalina Yovoviç[d] |
Fəaliyyəti | kino aktrisası, model[d], müğənni, televiziya aktrisası, fotomodel[d], səsləndirmə aktrisası[d], icraçı prodüser, gitaraçı, şairə, mahnı yazarı[d], erotik model[d] |
Fəaliyyət illəri | 1988-ci ildən |
Boyu | 1,74 m |
IMDb | ID0000170 |
millaj.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Milla Ukraynanın Kiyev şəhərində anadan olub və uşaq yaşlarında Los-Ancelesə köçüb. O, modellik karyerasına 1987-ci ildə fotoqraf Herb Rits onu italyan jurnalının üz qabığı üçün çəkdirdikdən sonra başlayıb.[5][6] Milla gənc yaşlarında Riçard Avedon tərəfindən kosmetika şirkəti olan Revlonun "Dünyanın ən unudulmaz qadınları" reklamlarında çəkilib.[7] Milla Yovoviçin ilk rolu 1988-ci ildə "The Night Train to Kathmandu" adlı televiziya filmində olub. O, həmin il "Two Moon Junction" filmində çəkilib.
Milla Yovoviç 1991-ci ildə "Return to the Blue Lagoon" adlı romantik filmdəki çıxışı ilə məşhurlaşıb. Onun 15 yaşında olması izləyicilərin diqqətini çəkmişdi.[8] O, fransız rejissor Lük Bessonun 1997-ci ildə çəkdiyi elmi fantastika janrında olan "Beşinci Element" filmindəki performansına görə tanındı. Milla həmin il Bessonla ailə həyatı qurmuş, lakin tez bir zamanda boşanmışdır. O, 1999-cu ildə, Bessonun "The Messenger: The Story of Joan of Arc" filmində həm qəhrəman, həm də şəhid olan baş qəhrəmanı canlandırıb. Milla 2002-ci ildən 2016-cı ilə qədər "Resident Evil" film seriyasında Elis rolunda çəkilmişdir.[9][10]
İstedadlı sənətçi olan Milla Yovoviç 1994-cü ildə "The Divine Comedy" adlı ilk studiya albomunu buraxmışdır. Debüt albomunun uğurundan sonra o, 1998-ci ildə "The People Tree Sessions" adlı başqa bir albomunu dinləyicilərinə təqdim etmişdir. Milla 2003-cü ildə model Karmen Houk ilə əməkdaşlıq edərək "Jovovich–Hawk" adlı geyim xəttinin əsasını qoyub. Brend beş il aktiv qaldıqdan sonra 2008-ci ildə fəaliyyətini dayandırdı. Milla Yovoviç həmçinin "Creature Entertainment" adlı prodüser şirkətinin sahibidir.