Nasional Sosialist Alman Fəhlə Partiyası
From Wikipedia, the free encyclopedia
Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir.
Nasional Sosialist Alman Fəhlə Partiyası Nationalsozialistische Deutsche Arbeiterpartei | |
---|---|
NSDAP | |
Sədri | Anton Dreksler, Adolf Hitler, Martin Borman |
Qurucu | |
Quruluş tarixi | 24 fevral 1920 |
Dağılma tarixi | 10 oktyabr 1945 |
Baş qərargah | |
İdeologiya | Nasional Sosializm |
İdeoloji spektr | İfrat sağçılıq |
Gənclər təşkilatı | Hitleryugend |
Reichstag |
876 / 876 |
Bayrağı | |
Vikianbarda əlaqəli mediafayllar |