Naska mədəniyyəti
From Wikipedia, the free encyclopedia
Naska mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. Perunun cənub sahillərində, Naska platosunda, Moçika mədəniyyətindən cənubda yerləşmişdir. E.ə. II əsrdən b.e. VI əsrə kimi mövcud olmuşdur. Paytaxtı - Kauaçi şəhəri idi. Şəhərdə arxeoloji qazıntılar nəticəsində 6 piramida aşkar edilmişdir. Ehtimala görə, Parakas mədəniyyətindən yaranmışdır.
Naska mədəniyyətinin keramik məhsulları əsasən polixrom və dördrəngli idi. Ağ və qırmızı fonda qara və narıncı şəkillər. Keramik qablarda, əsasən, heyvanlar, insanlar, quşlar, balıqlar və bitkilər təsvir olunurdu. Keramik məmulatlar uzunsov və stilizə edilmiş kücvaridir. Moçika sivilizasiyasından fərqli olaraq, burada yapma işləri faktiki olaraq mövcud deyildi. Belə naxışları Lamanın yunundan hazırlanmış parçalarda da görmək olar. Bundan başqa naska mədəniyyəti tərəfindən yaradılmış böyük yeraltı akveduk sisteminidə qeyd etmək olar.