Novosibir su anbarı
From Wikipedia, the free encyclopedia
Novosibir su anbarı (rus. Новосиби́рское водохрани́лище) və ya Ob dənizi (rus. Обско́е мо́ре)[1] — Ob çayı üzərində inşa edilmiş süni su tutarı. Su anbarı 1957—1959-ci illərdə Novosibir SES bəndinin inşasından sonra meydana gəlmişdir. İnzibati cəhətdən Rusiya Federasiyası Novosibir və Altay diyarı ərazisinə daxildir. Su anbarı sahillərində yerləşən şəhərlər: Berdsk, Kamen-na-Obi, Novosibirsk.
Cəld faktlar
Novosibir su anbarı | |
Ölkə | Rusiya |
Yerləşməsi | Rusiya Novosibirsk vilayəti |
Uzunluğu | 200 m |
Eni | 22 m |
Sahəsi | 1.082 m² |
Həcmi | 8,8 m³ |
Orta dərinliyi | 7 m |
Tökülən çaylar | Ob çayı |
Axan çaylar | Ob çayı |
Dolma ili | 1.959 |
Bağla
Su tutarının tam olaraq doldurulmasından sonra Berdsk şəhərinin tarixi hissəsi, o cümlədən bir neçə kənd suyun altında qalmışdır. İllik su axınının böyük hissəsi yaz-yay gursululuq dövrünə düşdüyü Ob çayı sayəsində anbarın həcmində artışlar olur. Bolsululuq aprelin ayında müşahidə edilir.