Oğurlanmış öpüş (fr. "Le Baiser à la dérobée",ing. "The Stolen Kiss") — fransız rəssam Jan Onore Fraqonar tərəfindən 1786-cı ildə çəkilmişdir və hazırda rəsm Ermitaj muzeyində sərgilənir.[3]
Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J. O. Fraqonarın şedevr əsəri "Yelləncək" (1767) adlı tablosu hesab olunsa da, "Oğurlanmış öpüş" (və ya "Gizli öpüş") əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib.
Cəld faktlar Oğurlanmış öpüş, Rəssam ...
Bağla