Plantagenetlər
From Wikipedia, the free encyclopedia
Plantagenetlər (fr. Plantagenêt, ing. Plantagenets /plænˈtædʒənɪt/) — XII–XV əsrlərdə İngiltərədə hökmranlıq edən fransız mənşəli kral sülaləsi. Müasir tarixçilər Plantagenet adını dörd fərqli kral evinə bölürlər: Anju ölkəsində hökmranlıq etmiş anvecinlər, 1154-cü ildə hakimiyyətə Matildanın oğlu və Anju qrafı V Joffrua Plantagenetin hakimiyyətə gəlməsi ilə İngiltərədə hökmranlığa başlayan plantagenetlər və plantagenetlərin iki kadet budağı olan lankasterlər və yorklar. Plantagenetlər İngiltərə taxt-tacında 1154-cü ildən III Riçardın döyüş zamanı VII Henri tərəfindən öldürülməsinə, 1485-ci ilə qədər hakimiyyətdə olmuşdurlar.
Plantagenetlər | |
---|---|
Plantagenêt Plantagenets | |
Banisi | V Joffrua Plantagenet |
Sonuncu hökmdar | III Riçard |
Əsası qoyulub | 1154 |
Soyun kəsilməsi | 1485 |
Milliyyət | fransız |
Titullar | |
Kral sülaləsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Plantagenetlərin hakimiyyəti altında İngiltərə yenidən quruldu. Plantagenet kralları Magna Carta imzalayaraq, kompromis və danışıqlar apardılar. Onlar maliyyə və hərbi dayaq vasitəsilə kral hakimiyyətini məhdudlaşdırdılar. Kral təkcə ölkədə ən nüfuzlu adam olmadı, həm də məhkəmə, feodal vergiləri və hərbi hakimiyyəti öz əlində cəmləşdirdi. İndi o, məkhəmə, hüquq və dövlət vəzifələrinə adamları özü təyin edirdi. Milli müxtəliflik nəticəsində fransızlar, şotlandlar, uelslilər və irlandlar arasında formalaşan münaqişə ingilis dilinin əsas dil olmasına zəmin yaratdı.
XV əsrdə İngiltərə Yüzillik müharibədə məğlub oldu və sosial, siyasi və iqtisadi problemlərlə qarşılaşdı. Bu da, çoxsaylı xalq üsyan və çıxışlarına gətirib çıxardı. Xüsusi qoşun toplamış ingilis zadəganları VI Henriyə xüsusi nifrət bəsləyir və onunla açıq düşmənçilik aparırdılar.
Plantagenetlərin iki kadet budağı olan lankasterlər və yorklar arasında 30 il davam edən Al qızılgül və ağ qızılgül müharibələri 1485-ci ildə Bosurt döyüşündə öz kulminasiyasına çatdı. Döyüş nəticəsində III Riçard öldürüldü, Henri Tüdor qalib gəldi və VII Henri adı ilə özünü İngiltərə kralı elan etdi. Bununla da, İngiltərədə Tüdorlar sülaləsi hakimiyyətə gəldi, Plantagenetlərin hakimiyyəti başa çatdı.