Portal:Seylor Mun
From Wikipedia, the free encyclopedia
Redaktə Seçilmiş məqalə
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu?) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış. Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir. Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Redaktə Seçilmiş bioqrafiya
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko?, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır. 1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür. Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var. O, ailəsinin üzvlərinin adlarını "Seylor Mun" manqasında istifadə etmişdir. Bunu verdiyi açıqlamaqlarda və müsahibələrdə tez-tez bildirir.
Redaktə Xəbərlər
Redaktə Seçilmiş şəkil
Redaktə Seçilmiş personaj
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako?) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai?), "vətəndaş" (野, no?), "gözəlik" (美, mi?), "necə" (奈, na?) və "uşaq" (子, ko?) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V?) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır. Daha çox
Redaktə Bilirsinizmi...
Daha çox...
Redaktə Seçilmiş sitat
Starlaytlar dedilər mənə...əgər mən təslim olmasam, onlar həmişə mənim yanımda olacaqlar! Mən təslim olsam, hər kəs, doğrudan da, gedə bilər! Buna görə də təslim olmayacağam! Heç vaxt! — Seylor Mun, animenin 200-cü seriyasında düşməni Seylor Qalaksiya qarşısında.
Redaktə Mövzular
Seylor Mun • Seylor Mun (personaj) • Naoko Takeuçi • Seylor Mun musiqisi • Sailor Moon Crystal seriyalarının siyahısı • Moonlight Densetsu • La Luna Splende • Seylor ulduzları • Seylor Merkuri • Seylor Mars • Seylor Yupiter • Seylor Venera • Çibiusa • Seylor Pluton • Seylor Saturn • Seylor Uran • Seylor Neptun • Moon Pride Redaktə Kateqoriyalar
Redaktə Əlaqəli portallar
Redaktə Vikimedia
|