Qızıl Əməliyyatı
Berlində kəşfiyyat əməliyyatı / From Wikipedia, the free encyclopedia
Qızıl Əməliyyatı (ing. Operation Gold, həmçinin Operation Stopwatch — Saniyyə ölçən əməliyyatı) — 1950-ci illərin əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsi və İngiltərənin Gizli Kəşfiyyat Xidmətinin Sovet İttifaqının Almaniyadakı qərargahının telefon əlaqələrinə giriş əldə etmək üçün Qərbi Berlindən Şərqi Berlinə yeraltı tunel çəkmək üçün birgə kəşfiyyat əməliyyatı. Bu əməliyyat daha əvvəl Vyanada həyata keçirilən "Gümüş" Əməliyyatı layihəsinin daha mürəkkəb bir variantı idi.[1]
Qızıl Əməliyyatı | |
---|---|
Əsas münaqişə: Soyuq müharibə | |
| |
Əməliyyat dairəsi | Berlin |
Əməliyyatın yeri | Almaniya |
Planlaşdıran | Mərkəzi Kəşfiyyat İdarəsi və Gizli Kəşfiyyat Xidməti (MI6) |
İcra edən | Mərkəzi Kəşfiyyat İdarəsi və Gizli Kəşfiyyat Xidməti (MI6) |
Hədəf | SSRİ-nin Almaniyadakı qərargahının telefon əlaqələrinə müdaxilə |
Tarix |
|
Vikianbarda əlaqəli mediafayllar |
Amerikalı kəşfiyyatçılar dinləmələr zamanı SSRİ tərəfində hər hansı bir döyüş niyyətinin müzakirəsini eşitmək istəyirdilər və təxminən bir il telefon danışıqlarını dinləyə bildilər. Nəticədə təxminən 90.000 rabitə danışığını yazdılar.[2][3] Sovet xüsusi xidmət orqanları "Qızıl Əməliyyatı" haqqında vaxtında məlumat almış və uğurlu cavab tədbirləri görmüşdülər. Dövlət Təhlükəsizlik Komitəsi əməliyyat barədə Corc Bleykdən məlumat almışdılar, lakin onu ifşa etməmək üçün 1956-cı il aprelin 12-nə qədər gözləməyi qərara aldılar.[4]