![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Gaza_Strip_Access_Restrictions.pdf/page1-640px-Gaza_Strip_Access_Restrictions.pdf.jpg&w=640&q=50)
Qəzza zolağının blokadası
From Wikipedia, the free encyclopedia
Qəzza zolağının blokadası — 2007-ci ildə HƏMAS-ın Qəzzə zolağına nəzarəti ələ keçirməsindən sonra İsrailin rəhbərlik etdiyi və Misirin dəstəklədiyi blokada. Bunun bir h isəsi olaraq Qəzzə zolağına məhsulların və insanların gediş-gəlişinə blokada tətbiq edilmişdir. Blokadanın bəyan edilən məqsədi Qəzzəyə silah qaçaqmalçılığının qarşısını almaqdır. Bu, həm də mühüm humanitar problemlərə gətirib çıxarmışdır, çünki bunun nəticəsində zəruri məhsulların axını məhdudlaşmış, iqtisadi çətinliklər güclənmiş və Qəzzə sakinlərinin hərəkət azadlığına xələl gətirilmişdir. Bu səbəblərə görə ərazi "açıq hava həbsxanası" adlandırılmışdır.[1][2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Gaza_Strip_Access_Restrictions.pdf/page1-640px-Gaza_Strip_Access_Restrictions.pdf.jpg)
Qəzzəyə dəniz və hava yolu ilə çıxış və giriş qadağandır. Qəzzəyə girib-çıxmaq üçün cəmi üç keçid var, onlardan ikisi İsrail, biri isə Misirin nəzarətindədir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin 2022-ci il hesabatına görə, blokada İsrailin çıxış icazələrinin sayının azalması səbəbindən insanların və malların hərəkətini əhəmiyyətli dərəcədə azaltmışdır.[3]
İsrail müxtəlif hallarda blokadanın yumşaldılması və ya götürülməsi üçün müxtəlif atəşkəs sazişləri[4][5][6] əsasında üzərinə götürdüyü konkret öhdəlikləri pozmaqda və ya yerinə yetirməməkdə ittiham olunur.[7] "Keçidlər dəfələrlə bağlanmış və bufer zonalar bərpa edilmişdir. İdxal azaldılmış, ixrac bloklanmış və daha az qəzzəliyə İsrail və İordan çayının qərb sahilinə çıxış icazəsi verilmişdir".[8][9][10][11][12][13][14] Blokada insan hüquqları qrupları, beynəlxalq ictimaiyyət nümayəndələri və hüquq mütəxəssisləri tərəfindən beynəlxalq hüquqa, xüsusən də Dördüncü Cenevrə Konvensiyasına zidd olaraq kollektiv cəza növü kimi tanınır. Hüquq qruplarına görə, İsrail işğalçı dövlət kimi məsuliyyət daşıyır.[15][16]